home page mailto zoom out normal zoom in

Hazırda onlayndır

Hazırda :
 113 qonaq saytda

Sayğac (26.12.07 tarixdən)

İstifadəçilər : 14819
Yazılar : 1148
Yazılara baxış sayı : 8951367

Sorğu

Dövlət qulluğunda iş həftəsi ərzində adətən iş saatlarından artıq müddətdə işləyirsinizmi?
 
Dövlət qulluğunda əmək məzuniyyəti hüququndan necə istifadə edirsiniz?
 
Vakansiya elanı PDF faylını al Çap E-poçt
Elanlar
24.07.14 14:09
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) "Aİ Məsələlərini əsas götürməklə dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək" layhəsi üzrə qısa-müddətli ekspert/konsaltinq vəzifəsi üzrə vakansiya elan edir. Ətraflı buradan tanış ola bilərsiniz.
 
Tender elanı PDF faylını al Çap E-poçt
Elanlar
22.07.14 14:42
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kompyuter texnikası və avadanlıqların satınalınması üzrə açıq tender elan edir. İddiaçılar tenderdə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 15 avqust 2014-cü il tarixinə qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 25 avqust 2014 cü il saat 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (ünvan: K. Rəhimov küçəsi, 874 cü məhəllə, indeks AZ1110) təqdim etməlidirlər. Ətraflı buradan tanış ola bilərsiniz.
 
Yeni müsabiqə PDF faylını al Çap E-poçt
Elanlar
12.06.14 17:21

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 13 iyun 2014-cü il tarixdən 14 iyul 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Əlaqə vasitələri: E-poçt: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. , Telefon:(012) 465-87-93 (#202,#203,#467,#470, #127, #128),(012) 465-34-71(qaynar xətt)

 
Xidməti fəaliyyətin qiymətləndirilməsi mövzusunda təlim keçirilmişdir PDF faylını al Çap E-poçt
Ölkə daxilində keçirilən təlimlər
25.06.14 16:27

25 iyun 2014-cü il tarixdə Komissiyanın və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin birgə təşkilatçılığı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə Dövlət Statistika Komitəsi, Müdafiə Sənayesi Nazirliyi və Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsinin mərkəzi Aparatının struktur bölmə rəhbərləri və qiymətləndirmənin tətbiqinə məsul olan 17 dövlət qulluqçusu iştirak etmişdir.
Təlimi Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov aparmışdır. Təlim xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları, sistemin tətbiqi, çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə etmişdir.

 
Azərbaycanın dövlət qulluqçuları İspaniyada futzal üzrə keçirilən turnirdə ikinci yeri qazanmışdılar PDF faylını al Çap E-poçt
Xəbərlər
22.07.14 14:12

2014-cü il 26-29 iyun tarixlərdə İspaniyanın Palma de Malyorka şəhərində futzal üzrə Avropa Təşkilatlararası İdman Federasiyasının “Sportland Mallorka” Spartakiadasında Futbol – 7 turniri keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının futzal üzrə yığma komandası ilə yanaşı turnirdə Sloveniya, İsrail, Amerika, Fransa və İspaniyanı təmsil edən komandalar da iştirak etmişdir. Ümumilikdə 12 komandanın iştirak etdiyi yarışda Azərbaycan Respublikasının Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının futzal üzrə yığma komandası ikinci yeri tutmuşdur. Bu münasibətlə Azərbaycan yığmasına Spartakiadanın baş direktoru Fransisko Qarsia tərəfindən kubok və sertifikat təqdim edilmişdir.

Ardını oxu...
 
Komissiyanın əməkdaşı Monteneqroda səfərdə olmuşdur PDF faylını al Çap E-poçt
Beynəlxalq təşkilatlarla əməkdaşlıq
01.07.14 13:38

2014-cü il iyun ayının 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Fuad Mayılov Monteneqronun paytaxtı Podqoritsa şəhərinə səfər etmişdir. Səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin mart ayında Monteneqroya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə olunması İdarəsi arasında Anlaşma Memorandumu”na və ona dair imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Monteneqronun İnsan Resurslarının İdarə olunması İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”na uyğun olaraq idarəçiliyin təkmilləşdirilməsi, dövlət qulluğu sahəsində dəstək və təcrübə mübadiləsinin aparılması məqsədi ilə həyata keçirilmişdir.

Ardını oxu...
 
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə elmi-praktiki konfrans keçirilmişdir PDF faylını al Çap E-poçt
Xəbərlər
23.06.14 14:28
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2014-cü il 9 aprel tarixli 33 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə 23 iyun dövlət qulluqçularının peşə bayramı gününə həsr olunan “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans təşkil etmişlər. Konfrans 2014-cü il 23 iyun tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmişdir.
Ardını oxu...
 
<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>