Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Təlimçilər üçün növbəti təlim keçirilmişdir
26-11-2015


2015-ci il 23-25 noyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində potensial təlimçilər üçün növbəti təlim keçirilmişdir.

“Təlimçilərin Təlimi/Yaşlıların Təlimi” mövzusunu əhatə edən modul üzrə təlimə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Nəqliyyat Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dənizkənarı Bulvar İdarəsinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları və digər potensial təlimçilər cəlb edilmişlər. Təlimin əsas məqsədi gələcəkdə dövlət qulluqçuları üçün təlim keçəcək təlimçilərin təlim keçmə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Qeyd edək ki, təlimçilər üçün ilk təlim kursu 2015-ci il 18-20 noyabr tarixlərdə keçirilmişdir. Layihə çərçivəsində növbəti təlimlər “Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik” mövzusunda olacaq və 2015-ci il 26-27 noyabr və 7-8 dekabr tarixlərdə keçiriləcək.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag