Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Danışıqlar və münaqişələrin idarə edilməsi/vasitəçilik” mövzusunda təlim keçirilmişdir
27-11-2015


2015-ci il 26-27 noyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində dövlət qulluqçuları üçün növbəti təlim keçirilmişdir.

“Danışıqlar və münaqişələrin idarə edilməsi/vasitəçilik” mövzusunu əhatə edən modul üzrə təlimə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Səhiyyə Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dənizkənarı Bulvar İdarəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları cəlb edilmişlər.

Layihə çərçivəsində növbəti təlim 2015-ci il 7-8 dekabr tarixlərdə keçiriləcək.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag