Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Şəxsi idarəetmə bacarıqları və şəxsi səmərəlilik” və “Komanda işinin təşkili” mövzusunda təlimlər keçirilmişdir
04-12-2015


19 oktyabr 2015-ci ildə “Dövlət qulluğunda qadın karyerası” mövzusunda təşkil edilən tədbirin davamı olaraq 2-3 dekabr tarixlərdə qadın dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması məqsədilə “Şəxsi idarəetmə bacarıqları və şəxsi səmərəlilik” və “Komanda işinin təşkili” üzrə qısamüddətli təlimlər keçirilmişdir.

Təlimlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Energetika Nazirliyinin, Satınalmalar üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşları iştirak etmişdir.

Qeyd edək ki, “Dövlət qulluğunda qadın karyerası” mövzusunda dəyirmi masa və onun davamı olaraq keçirilən təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində təşkil edilmişdir. Layihə çərçivəsində qadın dövlət qulluqçularının idarəçilik bacarıqlarının artırılması məqsədilə təlimlər davam etdiriləcək.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag