Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Dəyişikliyin idarə edilməsi və vəkillik (motivasiya/inandırma) bacarıqları” mövzusunda təlim keçirilmişdir
04-12-2015


2015-ci il 30 noyabr – 2 dekabr tarixlərində Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində “Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı” üzrə ikinci təlim sessiyası keçirilmişdir.
“Dəyişikliyin idarə edilməsi və vəkillik (motivasiya/inandırma) bacarıqları” mövzusunda üç gün davam edən təlimin əsas məqsədi dəyişikliklər zamanı rəhbərin rolu haqqında anlayışının inkişaf etdirilməsi, effektiv işgüzar ünsiyyət bacarıqlarının artırılması, inandırma və digərlərin qərar qəbul etməsinə nüfuz etmə bacarıqlarının artırılması olmuşdur.

Strateji Liderlik Proqramı çərçivəsində təşkil ediləcək növbəti sessiya 2016-cı ilin yanvar ayında Litvanın Vilnüs şəhərində keçiriləcək və “Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq alətləri” və “Təşkilatlarda bərabərliyin təmin edilməsi” mövzularını əhatə edəcək.

Qeyd edək ki, Strateji Liderlik Proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən və Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində həyata keçirilir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag