Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik” mövzusunda növbəti təlim keçirilmişdir
09-12-2015


7-8 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində dövlət qulluqçuları üçün “Danışıqlar və münaqişələrin idarə edilməsi / vasitəçilik” mövzusunda təlim keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd münaqişənin səbəbinin düzgün müəyyən edilməsi vərdişlərinin, danışıq aparılması bacarıqlarının inkişaf etdirilməsi və vasitəçiliyin əhəmiyyətinin təlim iştirakçılarına çatdırmaq olmuşdur.

Təlimə Vergilər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları cəlb edilmişlər.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag