Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Mingəçevir şəhərində təlim keçirilmişdir
15-12-2015


14 və 15 dekabr 2015-ci il tarixdə Mingəçevir şəhərində “Liderlik bacarıqları” mövzusunda təlim keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd dövlət qulluqçularının liderlik bacarıqlarının inkişaf edilməsi, komandanın fəaliyyətinin idarə edilməsi üçün şəxsi texnika və bacarıqların gücləndirilməsi, əsas liderlik keyfiyyətləri, bacarıqları və üslublarının müzakirə edilməsi olmuşdur.

Təlimə Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Mingəçevirdə yerləşən bölmələrinin əməkdaşları cəlb edilmişlər.

Mingəçevir şəhərində növbəti təlim 17 və 18 dekabr 2015-ci il tarixdə “Münaqişələrin idarə edilməsi və danışıqların aparılması bacarıqları” mövzusunda keçiriləcək.

Təlimlərin digər rayon və şəhərlərdə də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində keçirilir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag