Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Mingəçevir şəhərində təlim keçirilmişdir
18-12-2015


17 və 18 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində Mingəçevir şəhərində “Münaqişələrin idarə edilməsi və danışıqlar” mövzusunda təlim keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd münaqişənin səbəbinin düzgün müəyyən edilməsi, münaqişənin inkişaf səviyyəsindən asılı olaraq fərqli həll üsullarının seçilməsi, danışıqların effektiv aparılması üçün düzgün hazırlıqların aparılması və vasitəçilik bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Təlimə Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Mingəçevirdə yerləşən bölmələrinin əməkdaşları cəlb edilmişdir.

Təlimlərin digər rayon və şəhərlərdə də keçirilməsi planlaşdırılır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag