Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim keçirilmişdir
23-12-2015


2015-ci il dekabrın 18-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində “Münaqişələrin idarə edilməsi və danışıqların aparılması” mövzusunda hazırlanan standart təlim modulu üzrə Ədliyyə Nazirliyin yerli ədliyyə qurumları və regional ədliyyə şöbələrin əməkdaşları üçün təlim keçirilmişdir.

Təlim məqsədi münaqişənin səbəbinin düzgün müəyyən edilməsi vərdişlərinin inkişaf etdirilməsi, münaqişənin inkişaf səviyyəsindən asılı olaraq fərqli həll üsullarının seçilməsi və danışıqların effektiv aparılması üçün düzgün hazırlıq aparılmasıdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag