Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində təlim keçirilmişdir
24-12-2015


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq 2015-ci il 23-24 dekabr tarixlərində Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov, həmin şöbənin müdirinin müavini Elvin Əliyev və böyük məsləhətçisi Lalə Qədirova tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması” mövzularında təlimlər keçirilmişdir.

Təlimlər etik davranış qaydaları və korrupsiya və maraqlar toqquşması sahəsində mövcud qanunvericilik, etikanın və korrupsiyanın anlayışı, etik davranış qaydaları və prinsipləri, maraqlar toqquşmasının növləri, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, həmin hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti, korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizəni həyata keçirən beynəlxalq qurumlar, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının ixtisaslaşmış qurumları və s. mövzuları əhatə etmişdir.

Təlimdə iştirakçılara etika və korrupsiya məsələlərinə dair kazusların həlli ilə bağlı tapşırıqlar verilmiş və həmin kazusların həlli ilə bağlı qrup müzakirələri aparılmışdır.

Təlimlərdə Nazirliyin mərkəzi aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsi və Sumqayıt Şəhər Səhiyyə şöbəsində qulluq keçən 60 dövlət qulluqçusu iştirak etmişdir.

Təlimin sonunda Komissiyanın əməkdaşları tərəfindən dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag