Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın əməkdaşları üçün təlim keçirilmişdir
05-01-2016


5 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə bağlı təlim keçirilmişdir.

Təlimdə Komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və Hüquq şöbəsinin aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev təqdimatla çıxış etmişdir. Komissiyanın əməkdaşlarına vətəndaşların müraciətlərinə baxılmasının hüquqi əsasları, o cümlədən, Qanunun tətbiq dairəsi, vətəndaşların müraciətlərinə baxılmasının prinsipləri, müraciətlərə baxılma müddətləri, vətəndaşların qəbulu, elektron müraciətlərin qəbulu, qeydiyyatı, elektron müraciətlərə baxılmanın xüsusiyyətləri, müraciətə baxan subyektin vəzifəli şəxslərinin vəzifələri, vətəndaşların hüquqları, Qanunun tələblərinin pozulmasına görə məsuliyyət tədbirləri ilə bağlı ətraflı məlumat verilmiş, yeni Qanunda əvvəlki qanundan fərqli müəyyən edilən məqamlar vurğulanmışdır.

Sonda Komissiyanın əməkdaşlarının sualları cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag