Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Təqdimat bacarıqları” mövzusunda təlim keçirilmişdir
17-02-2016


2016-cı il 15-16 fevral tarixində bir qrup dövlət qulluqçusu üçün “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd dövlət qulluqçularının təqdimat aparmaq bacarıqlarının inkişaf etdirilməsi, effektiv təqdimat aparmaq üslublarının təqdim edilməsi və təqdimat zamanı bədən dilindən istifadə qaydalarının təlim iştirakçılarına çatdırılması olmuşdur.

Təlimə Vergilər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığa Kömək Milli Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları cəlb edilmişdir.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində keçirilir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag