Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Vaxtın idarə edilməsi və iş bölgüsü” mövzusunda təlim keçirilmişdir
25-02-2016


2016-cı il 24-25 fevral tarixində “Vaxtın idarə edilməsi və iş bölgüsü” mövzusunda təlim keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd təlim iştirakçılarını vaxtdan səmərəli istifadə etmək üçün müasir sistem, metod və vasitələrlə tanış etmək, vaxtın idarə edilməsində praktiki vərdişləri formalaşdırmaq, iş bölgüsünün yeni metodları barədə biliklər əldə edilməsini təmin etmək və bu metodların tətbiqi üzrə vərdişlərin inkişaf etdirmək olmuşdur.

Təlimdə Vergilər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin, Maliyyə Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində keçirilir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag