Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilmişdir
03-03-2016


1-2 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd insan resurslarının idarə edilməsinin əhəmiyyəti, vəzifələri və funksiyaları barədə təlim iştirakçılarının məlumatlandırılması, onlara bu sahədə yeni biliklərin verilməsi və bu biliklərdən səmərəli istifadə edilməsi bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Təlimə Vergilər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Enegetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları cəlb edilmişdir.

Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində keçirilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag