Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Komandanın qurulması və motivasiya” mövzusunda təlim keçirilmişdir
04-03-2016


3-4 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə “Komandanın qurulması və motivasiya” mövzusunda təlim keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd təlim iştirakçılarının komanda qurma və motivasiya üzrə yeni biliklər əldə etməsini təmin etmək, onların komanda qurmaq, komandada səmərəli fəaliyyət göstərmək və düzgün motivasiya bacarıqlarını artırmaq olmuşdur.

Təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak etmişlər.

Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində keçirilir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag