Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təlim keçirilmişdir
11-03-2016


11 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə Dövlət Miqrasiya Xidmətinin 25 əməkdaşı iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdirinin müavini Elvin Əliyevin apardığı təlimdə “Etika nədir?”, “Etikanın dövlət qulluğunda əhəmiyyəti”, “Korrupsiyanın qarşısının alınması”, “Maraqlar toqquşmasının qarşısının alınması”, “Etik qaydalara nəzarət” və digər mövzular ətrafında müzakirələr təşkil olunmuşdur.

Təlimdə etik dilemmalar üzrə tapşırıqlar həll edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag