Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Ədliyyə Akademiyasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir
11-03-2016


2016-cı ilin 10, 11 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir. Təlimdə Ədliyyə Nazirliyi və onun strukturuna daxil olan qurumların kadr xidmətlərində çalışan 13 nəfər ədliyyə işçisi iştirak etmişdir.

Təlim Komissiyanın Hüquq şöbəsinin müdir-müavini - Normativ-hüquqi aktların layihələrinin hazırlanması və qanunvericiliyin tətbiqinə nəzarət sektorunun müdiri Elvin Əliyev və həmin şöbənin Dövlət qulluqçularının etik davranışına nəzarət və xidməti fəaliyyətin qiymətləndirilməsi sektorunun böyük məsləhətçisi Lalə Qədirova tərəfindən aparılmışdır. Təlimdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin qanunvericilik əsası, xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə meyarları və digər mövzular ətrafında müzakirələr aparılmış, həmçinin xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə tapşırıqların və həmin tapşırıqlar üzrə meyarların mühümlük dərəcəsinin müəyyən edilməsi, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı praktiki tapşırıqlar həll edilmişdir.

Sonda Komissiyanın nümayəndələri təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag