Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Liderlik bacarıqları” mövzusunda təlim keçirilmişdir
29-06-2015


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində hazırlanan standart təlim modulları üzrə pilot təlimlərin keçirilməsi davam edir.
“Liderlik bacarıqları” mövzulu modul üzrə növbəti pilot təlim 2015-ci il 17, 18 və 23 iyun tarixlərində keçirilmişdir. Təlimdə Komissiyanın, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Vergilər Nazirliyinin əməkdaşları, eləcə də modul üzrə potensial təlimçilər iştirak etmişdir.

Qeyd edək ki, 2015-ci il 1 və 2 iyun tarixlərində “Təlimçilərin Təlimi/Yaşlıların Təlimi” mövzulu modul üzrə ilk pilot təlim keçirilmişdir. İyun və iyul aylarında təlimlərin davam etdirilməsi və hazırlanmış digər modullar üzrə pilot təlimlərin keçirilməsi nəzərdə tutulur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag