Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Komanda qurma və motivasiya” mövzusunda təlim keçirilmişdir
02-07-2015


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” Layihəsi çərçivəsində hazırlanan standart təlim modulları üzrə pilot təlimlərin keçirilməsi davam edir.

Növbəti pilot təlim 2015-ci il 29 və 30 iyun tarixlərində “Komanda qurma və motivasiya” mövzulu modul üzrə təşkil edilmişdir. Təlimdə Komissiya, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Dəniz Administrasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları və Layihəyə potensial təlimçi qismində cəlb edilən mütəxəssislər iştirak etmişdir.

İyul ayında təlimlərin davam etdirilməsi və hazırlanmış digər iki təlim modulu üzrə pilot təlimlərin keçirilməsi nəzərdə tutulur.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag