Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir
18-12-2014


18 dekabr 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir. Təlim yerli icra hakimiyyəti orqanlarında, habelə apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələrində və Bakı şəhərinin rayon məhkəmələrində kadr və etik məsələlərə məsul olan əməkdaşlar üçün təşkil olunur.
Təlim Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən keçirilir.

Təlim dövlət orqanlarında işləyən dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və dövlət quluqçularının xidməti fəaliyyətin qiymətləndirilməsinin təşkili, qiymətləndirilmənin məqsədləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin tətbiqi ilə bağlı çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə edir.

Tədbiri giriş nitqi ilə açan Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir.

Təqdimatdan sonra iştirakçılara “Tapşırıqların müəyyən edilməsi”, “Meyarların mühümlük dərəcəsinin müəyyən edilməsi” və “Qiymətləndirilmənin aparılması” mövzularını əhatə edən praktiki tapşırıqlar verilmişdir.

Təlimin ikinci hissəsində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda Komissiyanın Hüquq söbəsinin müdir-müavini, Normativ-hüquqi aktların layihələrinin hazırlanması və qanunvericiliyin tətbiqinə nəzarət sektorunun müdiri Elvin Əliyev, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları” mövzusunda isə təqdimatla Komissiyanın Hüquq şöbəsinin Dövlət qulluqçularının etik davranışına nəzarət və xidməti fəaliyyətin qiymətləndirilməsi sektorunun müdiri Nərmin Bayramova çıxış etmişlər. Sonda təlim iştirakçılarını maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Təlim 19 dekabr 2014-cü il tarixdə başa çatacaqdır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag