Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşı müsahibə qrupu üzvləri üçün təlim keçmişdir
26-12-2014


25 dekabr 2014-cü il tarixdə “Hərtərəfli İnstitusional Quruculuq Proqramı çərçivəsində İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” Layihəsinin ofisində Komissiya tərəfindən 2014-cü il 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə dövlət qulluğuna qəbulla bağlı elan edilmiş müsabiqələrin müsahibə mərhələsində müsahibə qrupunun üzvü kimi iştirak edəcək mərkəzi icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri üçün “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təlim keçirilmişdir.

Təlimdə Komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin İnsan resurslarının idarəedilməsi sektorunun böyük məsləhətçisi Anar Mirzəyev müsahibələrin keçirilməsi qaydaları, namizədlərin potensialının vakant dövlət qulluğu vəzifələrinin tələblərinə uyğunluğunun qiymətləndirilməsində müsahibə qrupu üzvlərinin istifadə edəcəkləri müsahibə texnologiyaları, qiymətləndirmə meyarları, müsahibədə şəffaflığın təmin edilməsi məqsədi ilə görülən tədbirlər barədə məlumatları özündə əks etdirən “Müsahibələrin keçirilməsi qaydaları və texnologiyaları” mövzusunda təqdimatla çıxış etmişdir.

Təqdimatdan sonra təlim iştirakçılarına “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”nda edilən dəyişikliklərlə bağlı məlumat da verilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag