Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Dövlət qulluqçularının təlim tələbatlarının öyrənilməsi” mövzusunda təlim keçirilmişdir
29-04-2015


27-28 aprel 2015-ci il tarixdə “Dövlət qulluqçularının təlim tələbatlarının öyrənilməsi” mövzusunda növbəti təlim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsi çərçivəsində təşkil edilən təlim 22-23 yanvar 2015-ci il tarixdə keçirilən təlimlərin davamı olmuşdur.

Beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçirilən təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Nəqliyyat Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşları iştirak etmişdir.

Təlimin keçirilməsində məqsəd iştirakçılarda Tələbatların Öyrənilməsi Metodologiyası üzrə məlumatların təhlil edilməsi üçün praktiki vərdişlərin formalaşdırılması olmuşdur.

Layihə çərçivəsində hazırlanan və gələcəkdə Azərbaycan Respublikasının dövlət orqanlarında tətbiq edilməsi nəzərdə tutulan təlim tələbatların öyrənilməsi metodologiyasının hazırlanması 2015-ci ildə başa çatacaq.

Qeyd edək ki, Layihə Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə maliyyələşdirilir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag