Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın əməkdaşları üçün təlimlər keçirilmişdir
28-05-2015


2015-ci il 11 – 23 may tarixlərində Komissiya və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” Layihəsi çərçivəsində Komissiya əməkdaşları üçün təlimlər təşkil edilmişdir.

Layihənin ofisində yerli mütəxəssislər tərəfindən keçirilən təlimlər “Vaxtın idarə edilməsi və effektiv iş bölgüsü”, “Təqdimat, natiqlik və tədbirlərin moderasiyası bacarıqları”, “Münaqişələrin idarə edilməsi və danışıqlar”, “İclasların təşkili və keçirilməsi”, “Motivasiya və komanda qurma”, “İnsan resurslarının idarə edilməsinin əsasları” mövzularını əhatə etmişdir.

Layihə çərçivəsində Komissiya əməkdaşlarının potensialının artırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag