Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın əməkdaşı Cenevrədə keçirilən təlimdə iştirak etmişdir

2012-ci il 2-6 iyul tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova İnkişaf və Əməkdaşlıq Agentliyinin təşəbbüsü ilə Cenevrənin Ali İnstitutu tərəfindən Cenevrə və Bern şəhərlərində təşkil edilmiş “İsveçrə Liderlik Mükafatı Proqramı” çərçivəsində keçirilən təlimdə iştirak etmişdir.

 

 

 

Proqramın məqsədi Cənubi Qafqazın üç ölkəsində beynəlxalq münasibətlər sahəsində bacarıqların inkişaf etdirilməsi olmuşdur.

Təlimin əsas hissəsi liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə həsr edilmişdir. Təlim aşağıdakı modulları əhatə etmişdir: ”Lider və onun rolu”, “Liderin əsas xüsusiyyətləri”, “Liderlik üslubları və sizin mövqeyiniz”, “Müxtəlif vəziyyətlərdə idarəetmə üslublarını necə uyğunlaşdırmalı”, “Hansı liderlik keyfiyyətləri komandanı motivasiya edir?”, “Komandanı necə motivasiya etməli” və “Liderlik problemlərinin öhdəsindən necə gəlmək olar?”.

Təlim zamanı iştirakçılar Avropa İttifaqının Cenevrədəki nümayəndəliyinə, BMT-nin Katibliyinə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfrans İdarəsinə, Beynəlxalq Miqrasiya Təşkilatına, İsveçrə Xarici İşlər Nazirliyinə, İsveçrə Parlamentinə və İnkişaf üzrə İsveçrə Agentliyinə səfər etmişlər.

Həmçinin, İsveçrənin dövlət və özəl sektorunun nümayəndələri ilə bu sahələrdə liderlərin ümumi və fərqli xüsusiyyətlərini müzakirə etmək məqsədilə görüşləri keçirilmişdir.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag