Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın əməkdaşları Türkiyədə təlimdə iştirak etmişlər

2013-cü il 20-24 may tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov və həmin sektorun aparıcı məsləhətçisi Elvin Əliyev Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə “Dövlət qulluğunda etik qaydaların təkmilləşdirilməsi” layihəsi çərçivəsində Türkiyə Respublikasının Ankara şəhərində keçirilən təlimdə iştirak etmişlər. İki hissədən ibarət olan təlimin təşkil edilməsində məqsəd dövlət orqanlarında etik təlim keçəcək təlimçilərin yetişdirilməsi olmuşdur.

Birinci hissə təlim keçənlərə təlim keçmə metodologiyasının öyrədilməsindən, ikinici hissə isə etik davranış qaydalarının öyrənilməsindən ibarət idi. Birinci hissənin davamı olaraq ikinci hissə üzrə təlimdə iştirak edənlərə müvafiq beynəlxalq səviyyəli sertifikatın verilməsi nəzərdə tutulmuşdur. Birinci hissə ARELSEM daimi təhsil mərkəzinin müəllimi Zəki Yüksəkbilgili tərəfindən tədris edilmişdir. Bu hissə üzrə tədris edilən təlimdə təhsilin anlayışı və istiqaməti, növləri barədə məlumat verilmişdir. Eyni zamanda tədris, onun mərhələləri təlim metodikaları barədə bəhs edilmişdir. Bununla yanaşı təqdimat hazırlanarkən diqqət edilməli olan əsas məqamlar barədə məlumat verilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag