Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

“Etik təlimçilər üçün təlim” mövzusunda təlim keçirilmişdir

2013-cü il 21-22 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədi ilə “Etik təlimçilər üçün təlim” mövzusunda təlim keçirmişdir. Təlimin məqsədi iştirakçıların etik məsələlər üzrə biliklərinin artırılmasından və müvafiq dövlət orqanlarında etik davranış qaydaları ilə bağlı təlim keçəcək təlimçilərin hazırlanmasından ibarət olmuşdur. Təlimdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən 35 dövlət qulluqçusu iştirak etmişdir. Təlimdə çıxış edən Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov dövlət qulluqçularının etik davranış qaydalarından, onların mahiyyətindən və əhəmiyyətindən, etik məsələlər üzrə Komissiya tərəfindən aparılmış maarifləndirmə işlərindən və keçirilən təlimin məqsədlərindən bəhs etmişdir.

Təlimin birinci günü təlimçilərin hazırlanması məqsədi ilə İstanbul Arel Universitetinin təlim eksperti Zeki Yüksekbilgili, ikinci günü isə Türkiye Cumhuriyyeti Başbakanlık yanında Kamu Görevlileri Etik Kurulunun nümayəndəsi Huriye Burcu Kumrulu dövlət qulluqçularının etik davranış qaydaları mövzusu üzrə təlim keçmişdir. Təlimdə iştirakçılar tərəfindən dövlət orqanlarında yarana biləcək etik davranış qaydalarının pozulması barədə ssenari hazırlanmış və səhnələşdirilmişdir. Sonda təlim mövzusu və etik məsələlərin aktual problemləri ətrafında müzakirələr aparılmış və Komissiyanın əməkdaşı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag