Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

"Etik davranış qaydalarının tətbiqi” mövzusunda təlim keçirilmişdir

2008-ci il 11 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa Şurası ilə birlikdə “Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Strategiyasına dəstək (AZPAC)” layihəsi çərçivəsində “Etik davranış qaydalarının tətbiqi” mövzusunda təlim keçirmişdir.

Təlimə dövlət orqanlarının Aparat rəhbərləri və kadr qurumlarının rəhbərləri cəlb edilmişdir. Təlimi aparan Avropa Şurasının eksperti cənab Kventin Rid ictimaiyyətin etik davranış qaydaları barədə məlumatlandırılması, etik davranış dilemmalarının həlli yolları, bu qaydaların strukturlu şəkildə tətbiqi kimi mühüm məsələlərə toxunmuşdur. Tədbirin sonunda iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag