Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət orqanları kadr qurumlarının əməkdaşları üçün “Etik davranış qaydalarının implementasiyası” mövzusunda təlim keçirilmişdir

 

15-16 aprel 2008-ci il tarixində “Ambassador” otelində “Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Strategiyasına dəstək (AZPAC) layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa Şurası ilə birlikdə “Etik davranış qaydalarının implementasiyası” mövzusunda treninq keçirmişdir.

Treninqə dövlət orqanları kadr qurumlarının rəhbərləri və əməkdaşları cəlb edilmişdir. Treninqin birinci günü Avropa Şurasının eksperti xanım Linda Austere etik davranış siyasətinin məzmunu, onun başlıca prinsip və dəyərlərinin mənbələri, ictimaiyyətin etik davranış qaydaları barədə məlumatlandırılması, etik davranış dilemmalarının həlli yolları, bu qaydaların strukturlu şəkildə tətbiqi kimi mühüm məsələlər barədə bəzi Avropa ölkələrinin, ABŞ və Kanadanın təcrübəsinə toxunmuş və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır. Treninqin ikinci günü dövlət orqanlarının kadr qurumlarının əməkdaşları müxtəlif situasiyalarda öz vəzifə səlahiyyətlərini icra edərkən dövlət qulluqçusunun etik davranış qaydalarına əməl etməsi barədə fikir və təcrübə mübadiləsi aparmışlar.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag