Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

“Etik davranış qaydaları və xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda treninq keçirilmişdir

7-8 may 2008-ci il tarixində Azərbaycan Respublikası Prokurorluğunun Tədris Mərkəzində “Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Strategiyasına dəstək” (AZPAC) layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa Şurası ilə birlikdə “Etik davranış qaydaları və xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda treninq keçirmişdir.

Treninqə dövlət orqanları kadr qurumlarının əməkdaşları cəlb edilmişdir. Treninqin birinci günü Avropa Şurasının eksperti cənab Hans Rieger etik davranış qaydalarının idarə edilməsi, maraqların toqquşması, etik davranış qaydalarının icrasına nəzarət edən məsul əməkdaşların hüquq və vəzifələri, kadr resurslarının idarəedilməsi kimi mühüm məsələlər barədə bəzi Avropa ölkələrinin təcrübəsindən danışmış və tədbir iştirakçılarının bu sahədə mülahizələri ilə tanış olmuşdur.
Treninqin ikinci günü xidməti fəaliyyətin qiymətləndirilmə sisteminin Azərbaycan və Almaniya təcrübəsi barədə fikir və təcrübə mübadiləsi aparılmışdır.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag