Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Kotirovka sorğusunda iştirak üçün dəvət (15.03.2011)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2011-ci il üçün KOTİROVKA SORĞUSU elan edir.

16 mart 2011-ci il

Hörmətli iş adamları!

  1. Aşağıda göstərilən mallar və xidmətlər üzrə qiymətlərin elan olunmasına dəvət edilirsiniz:
    • Dəftərxana və təsərrüfat mallarının satınalınması;
    • Mətbəə xərcləri;
    • İdarənin digər xərcləri (idarədə işlənilən bütün mal və materiallar, katriclər və s.);
    • İnventarın satınalınması;
    • Az qiymətli avadanlığın satınalınması;
    • Ofis texnikası və qiyməti 100 manatdan çox avadanlığın satınalınması.
  2. Xahiş edirik ki, Komissiyanın təlabatına uyğun yuxarıda göstərilən kotirovka sənədlərini, o cümlədən kotirovka təklifinin formasını və qiymət cədvəlini təqdim edin.
  3. Bu dəvətdə verilən hər bir mal üçün yalnız bir qiymət kotirovkası təqdim etməlisiniz. Təkliflər bütün mallar üzrə qiymətləndiriləcəkdir və satınalma haqqında müqavilə təşkilatımızın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
  4. Kotirovka təklifi tələb olunan formada aşağıdakı ünvana təqdim edilməlidir: Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə, AZ1110, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Telefonlar: 465-87-93, 465-87-94, daxili 105, 107, 126.
  5. Qeyd olunan malların satınalınması üçün kotirovka təklifləri möhürlənmiş, imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim edilməlidir.
  6. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərsiniz.
  7. Bu dəvəti aldığınız və kotirovka təklifini təqdim etmək etməyinizi xahiş edirik.

Tender komissiyası

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag