Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

İnzibati vəzifələrin beş-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanında qulluq keçən dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibələrin keçirilməsi üzrə PROSEDUR ARDICILLIĞI

                                                                                                    “Təsdiq edirəm”

 

                                                                                                                          “ ____________________________ ”

                                 Azərbaycan Respublikasının Prezidenti

                                  yanında Dövlət Qulluğu Məsələləri üzrə

                                         Komissiya sədrinin müavini Vəfadar Misirov

                                                                                                  “_____”__________ 2013-cü il

 

İnzibati vəzifələrin beş-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanında qulluq keçən dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibələrin keçirilməsi üzrə

PROSEDUR ARDICILLIĞI

  1. Dövlət orqanlarında inzibati vəzifələrin beş-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq müsahibə yolu ilə tutulması haqqında dövlət orqanının rəhbəri qərar qəbul edir. Qərarda müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri qeyd edilir. Dövlət orqanı tərəfindən qeyd edilən vakant dövlət qulluğu vəzifələrinin elan edilən müsabiqə və umumi müsahibəyə çıxarılıb-çıxarılmaması yoxlanılır.
  2. Qərarın surəti qəbul edildiyi gündən 3 iş günü müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (bundan sonra Komissiya) təqdim edilir.
  3. Komissiya tərəfindən müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin elan edilən müsabiqə və umumi müsahibəyə çıxarılıb-çıxarılmaması yoxlanılır və bu hal aşkar edildikdə vakant dövlət qulluğu vəzifələrinin müsahibəyə çıxarılmasına icazə verilmir.
  4. Dövlət orqanı Komissiya ilə vakant inzibati vəzifələrə dair vəzifə təlimatlarını və müsahibə proqramlarını razılaşdırmaqla elan verir. Elan Komissiyada formalaşdırılmış inzibati vəzifələr haqqında tam məlumatı özündə cəmləşdirən "Vəzifələr haqqında məlumat bazası"na əsaslanır (1 nömrəli əlavə). Elanda inzibati vəzifənin adı, struktur bölmə, iş yerinin ünvanı, inzibati vəzifənin təsnifatı, vəzifə maaşı, qulluq funksiyaları, vəzifənin tutulması şərtləri və s. göstərilir.
  5. Elan dövlət orqanının rəsmi internet saytında və inzibati binasında “Məlumat lövhəsi”ndə yerləşdirilir. Elan həmçinin dövlət orqanının mətbu orqanında verilə bilər. Dövlət orqanında qulluq keçən dövlət qulluqçularının elanla tanış edilməsi dövlət orqanı tərəfindən təmin edilir.
  6. Elanın verildiyi gündən 15 gün ərzində dövlət orqanı tərəfindən ərizə qəbulu aparılır.
  7. Dövlət orqanlarında inzibati vəzifələrin tutulması ilə bağlı keçirilən müsahibələrdə aşağıdakı tələblərə cavab verən dövlət qulluqçuları iştirak edə bilərlər:
  • müsahibə elan etmiş dövlət orqanında inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları.
  1. Müsahibədə iştirak etmək istəyən dövlət qulluqçusu dövlət orqanı rəhbərinin adına yazılmış ərizə ilə (2 nömrəli əlavə) müraciət edir.
  2. Dövlət orqanı dövlət qulluqçusunun müsahibədə iştirak hüququnun olub-olmadığını araşdırır. Dövlət qulluqçusunun namizədliyinin qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:
  • vəzifənin tutulması ilə bağlı elanda nəzərdə tutulmuş müvafiq ali təhsil və staja dair tələblərə cavab vermədikdə;
  • xarici dövlətlərin ali təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilmədikdə;
  • bu Prosedur Ardıcıllığının 6-cı bəndində göstərilən tələblərə cavab vermədikdə;
  • barəsində son bir il ərzində intizam tənbeh tədbiri tətbiq edildikdə;
  • qanunvericiliklə müəyyən edilmiş digər hallarda.
  1. Müsahibədə iştirak etmək istəyən dövlət qulluqçusunun ərizəsi qəbul edildikdən sonra onun namizədliyi ərizələrin qəbulu jurnalında (3 nömrəli əlavə) qeydiyyata alınır. Ərizə qəbulu başa çatdıqdan sonra dövlət orqanı tərəfindən 2 iş günü müddətində vakant vəzifələr üzrə qeydiyyatdan keçmiş namizədlərin siyahısı aşağıda göstərilən sənədlərlə birlikdə Komissiyaya təqdim edilir:
  • ərizənin surəti; 
  • əmək kitabçasının surəti;
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə);
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir);
  • bir ədəd ağ fonlu rəngli foto şəkil (3×4 sm ölçüdə);
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.
  1. Dövlət orqanı tərəfindən namizədlərin sənədləri təqdim edildikdən sonra Komissiyada həmin sənədlərin qanunvericiliyə uyğunluğu 2 iş günü müddətində yoxlanılır. Sənədləri qanunvericiliyin tələblərinə uyğun gəlməyən namizədlər müsahibəyə buraxılmırlar.
  2. Təqdim edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu müəyyən edildikdən sonra Komissiya 1 iş günü müddətində müsahibə qrupunun (komissiyasının) tərkibi üçün dövlət orqanına öz nümayəndələrini təqdim edir. Dövlət orqanı 2 iş günü müddətində müsahibə qrupunun (komissiyasının) tərkibinin təsdiq edilməsi haqqında əmrin surətini Komissiyaya təqdim edir.
  3. Komissiya müsahibələrin tarixi və vaxtı barədə qrafiki 2 iş günü müddətində tərtib edərək dövlət orqanına təqdim edir. Dövlət orqanı təqdim edilmiş qrafikə uyğun olaraq müəyyən edilmiş vaxtda müsahibə qrupunun (komissiyasının) üzvlərinin və namizədlərin müsahibədə iştirakını təmin edir. Dövlət orqanı namizədləri müsahibənin vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırır.
  4. Müsahibələr Komissiyanın inzibati binasında keçirilir.
  5. Müsahibənin nəticələri dövlət orqanının rəsmi internet saytında və inzibati binasında “Məlumat lövhəsi”ndə yerləşdirilir. Namizədə müsahibənin keçirildiyi gündən 2 gün müddətində müsahibənin nəticəsi barədə onun müraciəti əsasında müvafiq arayış verilir.
  6. Namizəd keçirilmiş müsahibənin nəticəsindən narazı qaldıqda Komissiyayada fəaliyyət göstərən Apellyasiya Komissiyasına şikayət verə bilər.
  7. Dövlət orqanı üzrə müsahibələr başa çatdıqdan sonra keçirilmiş müsahibələrin yekun protokollarının təsdiqlənmiş surətləri Komissiya tərəfindən 1 iş günü müddətində dövlət orqanına göndərilir. Dövlət orqanı 10 iş günü ərzində qəbul etdiyi qərar barədə Komissiyaya məlumat verir (əmrin surəti təqdim edilməklə).

QEYD: Dövlət orqanının təqdim etdiyi müsahibə qrupunun (komissiyasının) üzvləri Komissiyada müsahibələrin keçirilməsi ilə bağlı təlim keçirlər. Təlimlərdə iştirak etməmiş nümayəndələrin müsahibələrdə iştirakına yol verilmir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag