Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 80 / 06.05.2009 Dövlət qulluqçularının etik davranış Qaydalarının tətbiqinə nəzarətin təkmilləşdirilməsi haqqında

/Dövlət qulluqçularının etik davranış

Qaydalarının tətbiqinə nəzarətin təkmilləşdirilməsi haqqında/

 

   “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 29 dekabr 2008-ci il  tarixli 301 nömrəli Əmri ilə təsdiq edilmişAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları”nın tətbiqinə nəzarətin təkmilləşdirilməsi məqsədilə

 

əmr edirəm:

 

         1. Hüquq sektoru “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakıları həyata keçirsin:

         1.1. mütəmadi olaraq qanunvericiliklə  müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənsin və bu barədə məlumatları ümumiləşdirsin

         1.2. dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görsün, müvafiq təlimlər keçirsin;

          1.3. dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlığın qurulmasını təmin etsin;

         1.4. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparsın, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib etsin.

 

          2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 29 dekabr 2008-ci il  tarixli 301 nömrəli Əmri ilə təsdiq edilmişAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları”nın tətbiqinə nəzarətin təkmilləşdirilməsi məqsədilə aşağıdakılar həyata keçirilsin:

         2.1. Aparatın rəhbəri Vilayət Hüseynova tapşırılsın:

         2.2. dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə  müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etsin;

         2.3. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görsün;

         2.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün Komissiyanın inzibati binasının girişində müvafiq məlumat lövhəsinin yerləşdirilməsini təmin etsin;

         2.5. Komissiyanın internet saytında etik davranış qaydaları ilə bağlı müvafiq bölmənin yaradılmasını təmin etsin;

         2.6. etik davranış qaydaları ilə bağlı Komissiya əməkdaşları üçün mütəmadi olaraq müvafiq təlimlərin keçirilməsini təmin etsin;

         2.7. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşların, təşkilatların və dövlət orqanlarının məlumatlandırılmasını təmin etsin.

 

         3. Hüquq sektorunun müdiri Vüqar Əsgərova tapşırılsın:

         3.1. dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə  müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etsin, müvafiq təhlilin aparılmasını təmin etsin və ümumiləşdirilmiş məlumatları hər rübün sonunda Komissiya sədrinə təqdim etsin;

         3.2. dövlət qulluqçularına etik davranış qaydalarını izah etsin və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair müvafiq tövsiyələr versin;

         3.3. Hüquq sektorunun müdiri və struktur bölmə rəhbərləri etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görsün;

       

         4 Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilsin və bu barədə  ümumiləşdirilmiş məlumat hər ilin dekabr ayının 15-dək Struktur bölmə rəhbərləri tərəfindən Hüquq sektoruna təqdim edilsin;

         5. Struktur bölmə rəhbərləri tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsünün aparılmasını təmin etsin.

         6. Bu Əmrin icrasına nəzarət Sədr müavini Vəfadar Misirova tapşırılsın.

 

 

                    Sədr                                                                                          Bəhram Xəlilov

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag