Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bildirilir ki, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı gələcəkdə elan ediləcək müsabiqə və müsahibələrdə iştirak etmək üçün müraciət edəcək vətəndaşlar 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədləri "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilmiş şəkildə Komissiyaya təqdim etməlidirlər. Qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etməyən vətəndaşlardan sənədlər qəbul edilməyəcəkdir.


“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə şəxsiyyət vəsiqəsini dəyişdirməlidirlər.


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bildirilir ki, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı gələcəkdə elan ediləcək müsabiqə və müsahibələrdə iştirak etmək üçün müraciət edəcək vətəndaşlar şəxsiyyət vəsiqələrini qanunvericiliyin tələblərinə uyğun olaraq Komissiyaya təqdim etməlidirlər. Qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etməyən vətəndaşlardan sənədlər qəbul edilməyəcəkdir.


Qanunvericilikdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin müsabiqədən kənar dövlət qulluğuna qəbul edilməsi nəzərdə tutulmuşdur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag