Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 142 / 28.09.2004 Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

QƏRAR 142

Bakı şəhəri, 28 sentyabr 2004-cü il

«Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 347 nömrəli Sərəncamının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün tələb olunan ştat vahidlərinin minimum say həddi şöbə yaradılması üçün — 8 vahid (dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrində 3 vahid) , sektor yaradılması üçün — 3 vahid müəyyən edilsin.

2. "Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2008-ci il iyulun 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:


Aylıq vəzifə maaşının məbləği (manatla)

1-ci kateqoriya dövlət orqanlarında

150

2-ci kateqoriya dövlət orqanlarında

140

3-cü kateqoriya dövlət orqanlarında

130

4-cü kateqoriya dövlət orqanlarında

120

5-ci kateqoriya dövlət orqanlarında

110

6-cı və 7-ci kateqoriya dövlət

orqanlarında

100


3. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilər üçün bu Qərarın 2-ci bəndində nəzərdə tutulmayan vəzifələr üzrə vəzifə maaşları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, bu orqanların rəhbərləri tərəfindən müəyyən edilir.

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

A. Rasi-zadə

Azərbaycan Respublikasının Baş naziri

2005-ci il 14 dekabr tarixli 224 nömrəli, 2008-ci il 1 iyul tarixli 169 nömrəli qərarlara əsasən əlavə və dəyişikliklərlə


ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag