Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın əməkdaşı İtaliyada keçirilən beynəlxalq təlimdə iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov 2010-cu il mayın 30-dan iyunun 4-dək BMT İnkişaf Proqramının (UNDP) Dövlət İdarəçiliyində İslahatlar üzrə Regional Mərkəzi tərəfindən “Milli əlaqələndiricilər” üçün təşkil edilən təlimdə iştirak etmişdir.

 

Mərkəzin virtual şəbəkə üzvləri üçün təşkil olunan təlim İtaliya Respublikasının Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Tədris Mərkəzində keçirilmişdir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə yanaşı MDB ölkələrinin milli əlaqələndiricilərinin də qatıldığı tədbirdə “Virtual əməkdaşlıq, ünsiyyət və komanda işi”, “Mərkəzin virtual şəbəkəsindən istifadə qaydaları”, “Layihələrin idarə edilməsi” və s. mövzular barədə təlimlər keçirilmişdir.

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag