Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Komissiyanın nümayəndələri Çində keçirilən seminarda iştirak etmişlər

“Asiya ölkələri üçün dövlət idarəçiliyi” mövzusunda seminar” mövzusunda təlim 2009-cu il 9-29 noyabr tarixlərdə Çin Xalq Respublikasının təşkilatçılığı ilə “Asiya ölkələri üçün dövlət idarəçiliyi” mövzusunda seminar keçirilmişdir. Çinin Pekin, Xancou və Şanxay şəhərlərində təşkil olunan seminara 17 ölkədən 35 nümayəndə cəlb edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin böyük məsləhətçisi Azər Rəhimov və həmin şöbənin məsləhətçisi Nərmin Zeynalova seminarın işində iştirak etmişlər.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag