Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Dövlət qulluqçuları Niderland Krallığında təlimdə iştirak etmişlər

2009-cu il 13-19 dekabr tarixində Niderland Krallığının Haaqa şəhərində Azərbaycan Respublikasının dövlət qulluqçuları üçün “Dövlət sektorunda insan resurslarının idarəedilməsi” mövzusunda təlim kursu təşkil edilmişdir.
Beynəlxalq Holland Dövlət İdarəçiliyi İnstitutu tərəfindən keçirilən təlim kursunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, İqtisadi İnkişaf Nazirliyinin və Nəqliyyat Nazirliyinin əməkdaşları iştirak etmişlər.
“Karyera sisteminin inkişafı”, “Fəaliyyətin qiymətləndirilməsi”, “Dövlət sektorunda kadrların seçilməsi”, “Kadr ehtiyatlarının idarə olunmasının müasir prinsipləri” mövzularını əhatə edən təlim kursunda Hollandiya və Azərbaycan təcrübəsi barədə fikir mübadiləsi aparılmış və dövlət qulluğunda çağdaş standartların tətbiqi yolları müzakirə olunmuşdur. Niderland Krallığının Yüksək Dövlət Qulluğu İdarəsi və Amsterdam şəhər Bələdiyyəsində keçirilən görüşlərdə təlim iştirakçıları bu qurumların fəaliyyəti ilə tanış olmuşlar.
Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə icra edilən “Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçiliyin Təşkili Layihəsi” çərçivəsində həyata keçirilmişdir.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag