Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlərin 2009-cu ilin son altı ayında icrası barədə

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı
Fəaliyyət Planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlərin 2009-cu ilin son altı ayında
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyada icrası barədə

MƏLUMAT

8.  Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi

  • ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmanın aparılması

- Komissiyaya daxil olan müraciətlərin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məqsədilə effektiv araşdırılması həyata keçirilmişdir
- Hesabat dövrü ərzində Komissiyaya 250 müraciət (müsahibədə iştirak etmək üçün müraciət edən 194 vətəndaşın müraciəti istisna edilməklə) daxil olmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmışdır

Davam edir

 

  • elektron poçt vasitəsi ilə ərizə və şikayətlərin qəbulu işinin təşkili

- Komissiyanın elektron poçtuna daxil olan müraciətlərin araşdırılmasının effektivliyinin artırılması məqsədi ilə elektron poçt vasitəsilə yazışmaların qeydiyyat sistemi yaradılmış və tətbiqinə başlanılmışdır
- Hesabat dövrü ərzində Komissiyanın elektron poçtuna daxil olmuş 1179-dan çox müraciət qısa müddət ərzində cavablandırılmışdır

Tamamlanmışdır

 

- Komissiyaya daxil olan sənədlərin qeydiyyatının təkmilləşdirilməsi ilə əlaqədar olaraq müvafiq proqram təminatı yaradılmış və tətbiq edilmişdir. Tətbiq edilən sistemlə Komissiyaya daxil olan sənədlərin icra müddətləri ciddi nəzarətdə saxlanılır
- Komissiyaya daxil olan və Komissiyadan göndərilən sənədlərin struktur bölmələr üzrə qeydiyyatını aparan proqram – ”Sənədləri İdarəetmə Sistemi” yaradılmış və istifadəyə verilmişdir

Tamamlanmışdır

 

10 .  Məlumat azadlığından istifadənin təkmilləşdirilməsi

  • məlumat əldə edilməsi qaydalarının və üsullarının təkmilləşdirilməsi

- Komissiyanın fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə müvafiq hesabatlar, mətbuat üçün məlumatlar və Komissiyanın fəaliyyəti ilə əlaqədar statistik məlumatlar Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilir, Komissiyanın təşkil etdiyi bütün tədbirlərlə bağlı press-relizlər yayılır və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər təşkil edilir

- Elektron poçt vasitəsilə  məlumat əldə edilməsi  təmin edilmişdir

Tamamlanmışdır

 

  • bu sahədə treninqlərin keçirilməsi

Vətəndaşların və təşkilatların müvafiq məlumatlarla qanunvericiliyə uyğun olaraq təmin edilməsi məqsədi ilə Komissiyanın bütün əməkdaşlarının məlumat əldə edilməsi  və verilməsi qaydaları və üsulları barədə təlimlərə cəlb edilməsi davam etdirilmişdir.

Tamamlanmışdır

 

12.  Dövlət qurumlarının fəaliyyəti barədə illik hesabatların  tərtib edilməsi

  • Komissiyanın fəaliyyəti barədə illik hesabatların hazırlanması

Komissiya fəaliyyəti barədə illik hesabatı hər ilin sonunda hazırlayaraq təqdim edir. Hesabatlarda dövlət qulluğuna qəbul, qulluq keçmə ilə bağlı məsələlər, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinin təmin olunması,  ərizə və şikayətlərə baxılması, beynəlxalq əməkdaşlıq və Komissiyanın il ərzində fəaliyyəti ilə bağlı digər işlər barədə məlumatlar göstərilir. 2009-cu il üçün illik hesabat da hazırlanmış və təqdim edilmişdir

Tamamlanmışdır

 

  • hesabatların dərc edilməsi və ictimaiyyətə açıqlanması

Komissiyanın bütün hesabatları, mətbuat üçün məlumatları və Komissiyanın fəaliyyəti ilə əlaqədar statistik məlumatlar Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilir.

Davam edir

 

13.  Dövlət orqanlarında daxili nəzarət qurumlarının işinin təkmilləşdirilməsi

  • şəxslərin birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması

- Daxili nəzarət qurumunun səlahiyyətlərini həyata keçirən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər və təlimlər həyata keçirilmişdir
- Komissiyanın internet səhifəsində vətəndaşlar üçün daxili nəzarət qurumuna birbaşa elektron müraciət etmək imkanı yaradılmışdır. Eyni zamanda vətəndaşlar iş gününün istənilən vaxtında daxili nəzarət qurumuna müraciət etmək və məsul şəxslər tərəfindən qəbul edilmək imkanı yaradılmışdır
- Daxili nəzarət qurumu tərəfindən Korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramları üzrə Komissiyaya verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumatların təhlili və ümumiləşdirilməsi həyata keçirilmişdir

Davam edir

 

  • daxili nəzarət qurumlarının maddi və texniki resurslar, ixtisaslı kadrlarla təmin edilməsi sahəsində tədbirlərin görülməsi

Daxili nəzarət qurumu texniki resurslarla təmin edilmiş və əməkdaşların peşə hazırlığının yüksəldilməsi üzrə tədbirlər həyata keçirilmişdir.

Davam edir

 

16.  İctimaiyyətlə əlaqələrin gücləndirilməsi

  • dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti üzrə təbliğat işinin təşkil edilməsi

- Komissiyanın rəsmi internet səhifəsi vasitəsilə dövlət qulluğunun müxtəlif sahələri üzrə rəy sorğuları keçirilmişdir. Əldə edilmiş məlumatlar Komissiyanın gələcək fəaliyyətində nəzərə alınmışdır. İnternet səhifəsində Komissiyanın keçirdiyi bütün tədbirlər mütəmadi olaraq işıqlandırılır. Bundan əlavə vətəndaşları maraqlandıran sualların cavablandırılması məqsədi ilə internet səhifəsində Komissiyaya birbaşa elektron məktub göndərmək imkanı təkmilləşdirilmişdir. Ali təhsil müəssisələrində tələbələrlə mütəmadi olaraq görüşlər keçirilir
- Komissiyanın internet səhifəsində vətəndaşlara həm Komissiya rəhbərliyinə, həm də əməkdaşlarına birbaşa müraciət etmək imkanı yaradılmışdır

Davam edir

 

19.  Dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi

  • etik davranış qaydalarının pozulmasına görə məsuliyyətin müəyyən edilməsi

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən və Komissiya sədrinin müvafiq əmri ilə təsdiq edilmiş  “Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalar”ında etik davranış qaydalarının pozulması üzrə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə uyğun olaraq  intizam tənbeh tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur

Davam edir

  • etik davranış məsələləri üzrə tədris və treninqlərin təşkil edilməsi

Komissiyada daxili etik davranış qaydalarının təkmilləşdirilməsi  üzrə Hüquq sektoru tərəfindən təlimlər keçirilmişdir

Davam edir

-  2009-cu il 2-3 iyul, 6-7 avqust, 3-4 sentyabr, 8-9 oktyabr və 5-6 noyabr tarixlərdə Komissiyanın nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları üçün,  2009-cu il 14 oktyabr tarixdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Nazirliyin əməkdaşları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin aktual məsələləri mövzusunda treninqlər keçirilmişdir
- Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə birgə yerli icra hakimiyyətləri orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri üçün etik davranış qaydalarının mahiyyəti, vicdanlı davranış, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi mövzuları üzrə təlimlər təşkil etmişdir. 2009-cu il 1 iyul tarixlərdə Quba şəhərində keçirilmiş təlimlərə Quba, Qusar, Xaçmaz, Xızı, Dəvəçi və Siyəzən rayonlarının, 2009-cu il 23-27 noyabr tarixlərdə Bakı şəhərində keçirilmiş təlimlərə Bakı və Sumqayıt şəhər, Bakı şəhəri Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Səbail, Xətai, Qaradağ, Əzizbəyov, Sabunçu, Suraxanı rayonları və işğal altında olan Şuşa şəhər, Qubadlı və Zəngilan rayonlarının yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan rəhbər vəzifəli dövlət qulluqçuları cəlb edilmişdir

Davam edir

  • dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətetmə imkanlarının genişləndirilməsi

Dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətetmə imkanlarının genişləndirilməsi üçün Komissiyanın internet səhifəsində hesabat dövründə hazırlanmış “Etik davranış”la bağlı bölmədə etik davranış məsələləri ilə bağlı Komissiyaya on-line müraciət sistemi yaradılmışdır. O cümlədən dövlət orqanlarının rəsmi internet səhifələrinin bu məqsədlə istifadəsinə dair təkliflər hazırlanır

Davam edir

  • etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması

Komissiyanın internet səhifəsində hesabat dövründə “Etik davranış” bölməsi hazırlanmış və həmin bölmədə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları”, digər dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları, o cümlədən etik davranış qaydaları ilə bağlı ümumiləşdirilmiş məlumatlar, keçirilmiş təlimlər bərədə məlumatlar yerləşdirilmişdir. Hesabat dövründə etik davranış qaydaları ilə bağlı 1000 ədəd buklet hazırlanmış və dövlət qulluqçuları və vətəndaşlara paylanmışdır

Davam edir

20.  Dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi və şəffaflığın artırılması

  • dövlət qulluğunun bütün sahələrində dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi

Məhkəmə aparatlarında olan vakant vəzifələrin müsabiqə yolu ilə tutulması üçün zəruri tədbirlər görülmüşdür və nəticədə Komissiya tərəfindən elan ediləcək növbəti müsabiqə üçün 9 məhkəmə üzrə 44 vakant vəzifə təqdim edilmişdir

Dövlət qulluğunun təkmilləşdirilməsi üçün aşağıda göstərilən tədbirlər görülmüşdür:
Müvafiq qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərdən birinin seçilərək mütləq şəkildə dövlət qulluğuna qəbul  edilməsi nəzərdə tutulmuşdur.


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 oktyabr tarixli 830 nömrəli Fərmanına müvafiq olaraq “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın layihəsi hazırlanaraq təqdim edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Davam edir

 

Eyni zamanda dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi ilə əlaqədar olaraq aşağıda göstərilən tədbirlər həyata keçirilmişdir:
- Komissiya dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermiş və müvafiq normativ hüquqi aktların layihəsini hazırlayaraq təqdim etmişdir. 2009-cu il 30 oktyabr tarixində qüvvəyə minmiş müvafiq  Qanunda dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi və müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərdən birinin seçilərək mütləq şəkildə dövlət qulluğuna qəbul edilməsi nəzərdə tutulmuşdur;
- Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə keçirilmiş müsahibədən uğurla keçənlərin əsas hissəsini vakant vəzifənin olduğu dövlət orqanında qulluq keçən dövlət qulluqçularının təşkil etdiyini nəzərə alaraq və büdcə vəsaitlərinin səmərəli istifadəsi məqsədi ilə müsahibələrin ilk növbədə vakant vəzifənin olduğu dövlət orqanında Komissiyanın iştirakı ilə keçirilməsini, vakant vəzifə tutulmadığı halda sonradan müsahibənin keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində elan verilməsini məqsədəmüvafiq hesab edərək Komissiya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini təqdim etmiş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 aprel 2009-cu il 806-IIIQD nömrəli Qanunu ilə qəbul edilmişdir;
- “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq “İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin layihəsi hazırlanmış və Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 143 nömrəli Qərarı ilə təsdiq edilmişdir;

Tamamlanmışdır

 

- “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları""Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi Qaydaları" hazırlanmış və komissiya sədrinin müvafiq olaraq 2009-cu il 1 oktyabr tarixli 250 və 251 nömrəli əmrləri ilə təsdiq edilmişdir. Qaydalara əsasən inzibati vəzifələrin təsnifatları üzrə müxtəlif keçid balları müəyyən edilmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2007-ci il “17” oktyabr tarixli 111 nömrəli Əmri ilə təsdiq edilmiş “Müsahibə qrupunun üzvlərinin davranışına dair tələblər”ə və “Müsahibədə şəffaflığın artırılmasına dair tələblər”ə müvafiq dəyişikliklər və əlavələr edilmişdir. Müsahibə mərhələsində namizədlərin daha obyektiv qiymətləndirilməsini təmin etmək məqsədi ilə müsahibə qrupunun tərkibinə yalnız Komissiya tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etmiş şəxslər daxil edilirlər

Davam edir

 

Müsahibələrdə namizədlərin daha obyektiv qiymətləndirilməsinin təmin edilməsi məqsədi ilə müstəqil ekspertlərdən ibarət “Müsahibə ekspertləri bazası” yaradılır

Davam edir

Bu fəaliyyətin ödənilməməsi səbəbindən yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssislərin (xüsusən özəl sahədə çalışan mütəxəssislərin) müsahibələrə cəlb edilməsi ilə bağlı problemlər yaranır. Bu səbəbdən onların fəaliyyətinin əvəzinin ödənilməsi sisteminin yaradılmasına və bu məqsədlə vəsaitin ayrılmasına ehtiyac duyulur

  • bu sahədə zəruri nəzarət mexanizmlərinin yaradılması

Şəffaflığın artırılması məqsədi ilə namizədlərin razılığı ilə müsahibə mərhələsi videokamera vasitəsilə çəkilir və arxivləşdirilir, bu mərhələdə müşahidəçilərin iştirakı üçün zəruri şərait yaradılır. Müsahibə prosesində qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin müşahidəçi qismində iştirak imkanı yaradılmışdır

Davam edir

 

  • dövlət qulluğuna qəbulun şərtləri  haqqında məlumatların ictimaiyyətə çatdırılması

- Dövlət qulluğu vəzifələrinin tutulması haqqında Komissiyanın internet səhifəsində və KİV-də verilən elanlarda vakant vəzifələr haqqında ətraflı məlumat (inzibati vəzifənin təsnifatı, vəzifə maaşı, iş yerinin ünvanı və s.) və vəzifələrin tutulmasının şərtləri (ixtisas və staj tələbləri, zəruri xarici dil biliklərinə və digər zəruri keyfiyyətlərə dair tələblər) öz əksini tapır
- Keçirilən müsabiqələrin nəticələrinin analitik təhlili, o cümlədən ali məktəblər üzrə göstəricilərin təhlili ictimaiyyətin nəzərinə çatdırılmışdır

Davam edir

 

22.  Dövlət qulluqçularının peşəkarlığının artırılması

  • beynəlxalq təcrübənin öyrənilməsi

Dövlət qulluqçularının peşəkarlığının artırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bu sahədə Yunanıstan, Türkiyə, Cənubi Koreya, Ukrayna, Qazaxıstan  təcrübəsi öyrənilmişdir

Davam edir

 

  • dövlət orqanlarının əməkdaşları üçün birgə kursların təşkil edilməsi

- Komissiya ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və mərkəzi icra hakimiyyəti orqanlarında çalışan 9 dövlət qulluqçusu (kadr qurumlarının rəhbərləri və əməkdaşları) Holland Dövlət İdarəçilik İnstitutuna təlim kurslarına göndərilmişdir. Təlim kursları “Karyera sisteminin inkişafı”, “Fəaliyyətin qiymətləndirilməsi”, “Dövlət sektorunda kadrların seçilməsi”, “Kadr ehtiyatlarının idarə olunmasının müasir prinsipləri” və digər mövzuları əhatə etmişdir;
- Komissiya ilə beynəlxalq təşkilat olan SİGMA-nın “Rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək” adlı birgə layihəsi çərçivəsində “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir. 38 dövlət orqanı üzrə nümayəndələrin iştirak etdiyi seminarlarda yerli ekspertlərlə yanaşı, beynəlxalq ekspertlərin “Litvada dövlət qulluqçularının işinin təkmilləşdirilməsi üçün kadrların idarə edilməsi vasitələrinin tətbiq edilməsi nəticəsində öyrənilən dərslər”, “Kadrların idarə edilməsi və inkişaf vasitələrinə dair Avropa İttifaqı ölkələrinin təcrübəsi”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üsulları (beynəlxalq təcrübə)”, “Dövlət qulluğunda əməyin qiymətləndirilməsi əsasında ödəmə: Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin təcrübəsi” mövzularında təqdimatları olmuşdur
- Növbəti ildə Koreya Respublikasının Mərkəzi Təlim İnstitutu ilə müvafiq təcrübə və təlim mübadiləsinin həyat keçirilməsi nəzərdə tutulmuşdur

Davam edir

  • korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar tədris proqramlarının və treninqlərin təşkil edilməsi (etik davranış məsələləri, maraqlar toqquşması, məlumat azadlığı və s.)

- Komissiya tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilmiş və həmin məktublarda korrupsiya barədə məlumat vermə, hədiyyələr, maraqlar toqquşması və digər etik mövzuları əhatə edən təlimlərin keçirilməsi tövsiyə edilmiş və müvafiq olaraq keçirilmiş təlimlər barədə, eyni zamanda etik qaydaların pozulması ilə əlaqədar daxil olan şikayətlər və tətbiq edilmiş intizam tədbirlərinin nəticələri ilə əlaqədar rüblük məlumatların Komissiyaya təqdim edilməsi xahiş edilmişdir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş məlumatlarda müvafiq təlimlərin keçirildiyi bildirilmişdir
- Hesabat dövründə Komissiya nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan mövzular üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin,  Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları üçün treninqlər keçirilmişdir

Davam edir

17.  Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması

  • qiymətləndirmə qaydalarının qəbulu və sisteminin tətbiqi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmiş “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın layihəsinə yenidən baxılaraq əlavə və dəyişikliklər təklif edilmişdir. Təkliflərdə qiymətləndirmə mexanizmi, onun nəticələri əsasında görülməli olan tədbirlər (həmçinin rəhbər vəzifələr üçün ehtiyat kadrlar siyahısının tərtib edilməsi zamanı bu nəticələrin nəzərə alınması), Dövlət Qulluqçularının Reyestrinə xidməti fəaliyyətin qiymətləndirilməsi nəticələrinin də daxil edilməsi və s. nəzərdə tutulmuşdur

Davam edir

 

18.  Dövlət qulluğunda rotasiya sisteminin tətbiq edilməsi

  • rotasiya sisteminin tətbiq ediləcəyi sahələrin müəyyən edilməsi və rotasiya prinsipinin tətbiq edilməsi

Dövlət qulluğunda rotasiya mexanizmlərinin təkmilləşdirilməsi üzrə müvafiq işlər görülür

Davam edir

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag