Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Komissiyanın nümayəndələri İrlandiya Respublikasında keçirilən beynəlxalq konfransda iştirak etmişlər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov, Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov 2010-cu il 6-8 sentyabr tarixlərində İrlandiya Respublikasının paytaxtı Dublində “Səmərəli idarəçilikdə Liderlik Akademiyasının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişlər. Tədbirə Azərbaycanla yanaşı, İrlandiya, Danimarka, Finlandiya, Niderland, Belçika, Estoniya, Litva, Polşa, Ukrayna, Ermənistan, Kanada, Monqolustan, Hindistan və Şimali İrlandiyanın da nümayəndələri iştirak etmişlər. 
Konfransda “Liderlik akademiyası”, “Liderliyin inkişafı”, “Liderliyin idarəetmətə rolu”, “Dövlət qulluğuna kadrların seçilməsi” və digər mövzularda məruzələr dinlənilmişdir. Məruzələr ətrafındakı çıxışında V.Misirov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məslələri üzrə Komissiyanın fəaliyyəti, Azərbaycanda dövlət qulluğuna kadrların seçilməsi prosesi və liderliklə bağlı çıxışlar etmiş, konfrans iştirakçılarının suallarını cavablandırmışdır. 
Konfrans çərçivəsində Komissiya nümayəndələri Ukrayna, Belçika, Finlandiya, Hindistan və digər iştirakçı ölkələrin analoji qurumlarının nümayəndələri ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlığın qurulması və inkişafı barədə müzakirələr aparmışlar.

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag