Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 334-IIQ / 31.05.2002 (07.07.2002) Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında

Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


 

Maddə 1. Qanunun məqsədi

Bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edir.

Maddə 2. Hakimiyyət səlahiyyətinin verilməsi


Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir.

Maddə 3. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləği


Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir.

Maddə 4. Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi mənbəyi


Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsi hakimiyyət səlahiyyətinə malik olan dövlət qulluqçusunun qulluq keçdiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi


Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 

Heydər ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2002-ci il
№ 334-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (7 iyul 2002-ci il, № 152). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 386).

 

4 noyabr 2003-cü il tarixli, 506-IIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag