Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 513- IIQD / 07.11.2003 "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

«Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa aşağıdakı əlavələr edilsin:
1) 1-ci maddədə «Şöhrət» ordeni» sözlərindən sonra «Vətənə xidmətə görə» ordeni» sözləri əlavə edilsin;
2) 2-ci maddədə «Qüsursuz xidmətə görə» medalı» sözlərindən sonra «Dövlət qulluğunda fərqlənməyə görə» medalı» sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 noyabr 2003-cü il
№ 513-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (3 dekabr 2003-cü il, № 277). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 677).

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag