Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 515-IIQ / 07.11.2003 Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının

əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə



AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:


Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 7 noyabr 2003-cü il
№ 515-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (3 dekabr 2003-cü il, № 277). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 679).

20 oktyabr 2006-cı il tarixli 172-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən əlavə və dəyişikliklərlə.

AzərbaycanRespublikasının
2003-cü il 7 noyabr tarixli Qanunu ilə 
TƏSDIQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının

ƏSASNAMƏSİ

1. Azərbaycan Respublikasının "Dövlət qulluğunda fərqlənməyə görə" medalı dövlət qulluqçularına aşağıdakılara görə verilir:

milli dövlət quruculuğu sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

dövlət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.

2. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan Respublikasının
2003-cü il 7 noyabr tarixli  515-IIQ qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR

"Dövlət qulluğunda fərqlənməyə görə" medalının

TƏSVİRİ

 

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı bürüncdəndir, diametri 35 mm olan milli ornamentlərlə naxışlanmış lövhə şəklində tərtib edilmişdir. İkinci səviyyədə olan lövhənin mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Gerbin ətrafı boyunca paylanan şüaların üstündə "Dövlət qulluğunda fərqlənməyə görə" sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 27 mm x 47,5 mm ölçüdə sarımtıl çəhrayı çalarlı beşbucaqlı xara lenti halqa və ilgək vasitəsilə birləşdirilir.

Medala paltara bərkildilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag