Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 728 / 05.07.2002 «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

1. (çıxarılmışdır)

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 2 ay müddətində:

- «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarında hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarında hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- öz səlahiyyətləri daxilində «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyul 2002-ci il

№ 728

 

2003-cü il 4 avqust tarixli 912 nömrəli fərmana əsasən dəyişikliklərlə

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag