Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 936 / 22.10.2003 (01.10.2003) Pensiya yaşına çatmasına və ya əlilliyinə görə könülü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında

Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək

pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına

təyin edilən ömürlük müavinətin miqdarı haqqında

 

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir.

2. Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman 2003-cü il oktyabrın 1-dən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 oktyabr 2003-cü il

№ 936

 

2008-ci il 8 iyul tarixli 794 nömrəli fərmana əsasən dəyişikliklə

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag