Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 937 / 23.10.2003 «İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə təminedici və yardımçı bölmələrin Siyahısı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə

təminedici və yardımçı bölmələrin Siyahısı»nın təsdiq edilməsi haqqında

 

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə təminedici və yardımçı bölmələrin Siyahısı» təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir:

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 oktyabr 2003-cü il

№ 937

 

2007-ci il 12 mart tarixli 548 nömrəli fərmana əsasən dəyişikliklərlə

 

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il 22 oktyabr tarixli

937 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə

təminedici və yardımçı bölmələrin

SİYAHISI

 

Təminedici bölmələr — mövcud qanunvericiliyə əsasən icra hakimiyyəti orqanlarına həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətləri bilavasitə həyata keçirən bölmələr, eləcə də kadr, hüquq, iqtisadiyyat, maliyyə, beynəlxalq əlaqələr, ümumi, məxfi (xüsusi) bölmələr (şöbələr, sektorlar).

Yardımçı bölmələr — icra hakimiyyəti orqanlarının fəaliyyət göstərməsi ilə bağlı təminatı həyata keçirən bölmələr (İşlər İdarəsi, mühasibat uçotu və hesabatı idarəsi (şöbəsi), təsərrüfat idarəsi (şöbəsi), məlumat, informasiya bölmələri və digər bölmələr).

Mərkəzi icra hakimiyyəti orqanlarının aparatında (və ya onların fəaliyyətini təmin edən qurumlarda) konkret olaraq adları göstərilməklə təminedici və yardımçı bölmələrin siyahısı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təsdiq olunur.

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag