Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 948 / 23.10.2003 Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında

Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında

 

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir;

dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

- dövlət qulluqçularının icra etdikləri vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla, xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilən vəzifələrin siyahısını, kompensasiyaların miqdarını və verilmə qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

№ 948

 

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag