Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 949 / 23.10.2003 Qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı №rması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə

Qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə

 

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərmanın 1-ci bəndinin tətbiqi ilə əlaqədar tələb olunan vəsaitlər dövlət orqanlarının əmək haqqı fondu həddində həyata keçirilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

№ 949

 

 

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il 23 oktyabr tarixli

949 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

Qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi

QAYDALARI

 

1. Dövlət orqanının rəhbəri tərəfindən zəruri hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırıldığı təqdirdə (ayda 17 saatdan çox olmamaq şərti ilə), artırılmış hər saat əlavə iş üçün dövlət qulluqçusuna saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir.

 

2. Bu əmək haqqının ödənilməsi dövlət qulluqçusunun işlədiyi müvafiq dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu həddində həyata keçirilir və bu məqsəd üçün il ərzində digər xərc yarımmaddələrindən vəsaitlərin istifadə olunmasına yol verilmir.

3. Dövlət qulluqçusunun aylıq iş vaxtı normasının 5 saatdan çox artırılması dövlət orqanının rəhbərinin müvafiq əmrinə əsasən həyata keçirilir və bu zaman zəruri hesab olunan və dövlət qulluqçusu tərəfindən yerinə yetirilməli olan işin mahiyyəti əmrdə öz əksini tapmalıdır.

 

 

 

 

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag