Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 180 / 19.01.2005 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq və dövlət qulluğu sahəsində aparılan islahatları sürətləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

2.2. həmin Komissiyanın strukturu və say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması ilə əlaqədar qüvvədə olan qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

.

Bakı şəhəri, 19 yanvar 2005-ci il

№ 180

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag