Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

№ 607 / 03.07.2007 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə”

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa

əlavələr və dəyişiklik edilməsi barədə”

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 356-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; 2007-ci il, № 2, maddə 86, № 3, maddələr 217, 227) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

2.1. 1.9-cu bəndin on ikinci-iyirmi dördüncü abzasları müvafiq olaraq on üçüncü-iyirmi beşinci abzaslar hesab edilsin və bəndə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi;”;

2.2. 2.1.1-ci və 3.2.1-ci bəndlərin altıncı abzaslarının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndlərə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri.”;

2.3. 2.1.2-ci və 3.2.2-ci bəndlərin yeddinci və səkkizinci abzasları müvafiq olaraq səkkizinci və doqquzuncu abzaslar hesab edilsin və həmin bəndlərə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin müavini, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdiri;”;

2.4. 2.1.3-cü və 3.2.3-cü bəndlərin doqquzuncu abzaslarından “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri,” sözləri çıxarılsın;

2.5. 2.1.4-cü və 3.2.4-cü bəndlərin səkkizinci abzaslarından “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin müavini, təminedici şöbəsinin müdiri,” sözləri çıxarılsın;

2.6. 2.1.5-ci və 3.2.5-ci bəndlərin altıncı abzaslarından “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini,” sözləri çıxarılsın;

2.7. 2.1.6-cı və 3.2.6-cı bəndlərin ikinci abzaslarından “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi,” sözləri çıxarılsın;

2.8. 2.1.3-cü və 3.2.3-cü bəndlərin yeddinci-on birinci abzasları müvafiq olaraq səkkizinci-on ikinci abzaslar hesab edilsin və həmin bəndlərə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdir müavini, yardımçı şöbəsinin müdiri və müdir müavini;”;

2.9. 2.1.4-cü və 3.2.4-cü bəndlərin yeddinci-on üçüncü abzasları müvafiq olaraq səkkizinci-on dördüncü abzaslar hesab edilsin və həmin bəndlərə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı rəhbərinin köməkçisi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”;

2.10. 2.1.5-ci və 3.2.5-ci bəndlərin doqquzuncu abzaslarında “Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında aparatın rəhbəri və rəhbərin müavini” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərləri və rəhbərlərinin müavinləri,” sözləri əlavə edilsin;

2.11. 2.1.7-ci və 3.2.7-ci bəndlərin ikinci abzaslarında “Sahibkarlığa Kömək Milli Fondunun aparatlarında” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində” sözləri əlavə edilsin;

2.12. 2.3.1-ci və 3.4.1-ci bəndlərin altıncı abzaslarının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndlərə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis - inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər.”;

2.13. 2.3.3-cü və 3.4.3-cü bəndlərin ikinci abzaslarından “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis - inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər,” sözləri çıxarılsın;

2.14. 2.3.5-ci və 3.4.5-ci bəndlərin ikinci abzaslarının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndlərə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində texniki vəzifələr tutan baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis - inspektor, kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər.”.

3. “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 32, № 2, maddə 101, № 3, maddə 244) 2 nömrəli əlavəsinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

3.1. İnzibati vəzifələrin təsnifatı üzrə:

3.1.1. “Birinci təsnifat”ın ikinci qrafasında “Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri” sözləri əlavə edilsin;

3.1.2. “İkinci təsnifat”da:

3.1.2.1. dördüncü qrafada “Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin müavini” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin müavini” sözləri əlavə edilsin;

3.1.2.2. beşinci qrafada “Məhkəmə-Hüquq Şurasının Aparatının təminedici şöbəsinin müdiri” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdiri” sözləri əlavə edilsin;

3.1.3. “Üçüncü təsnifat”da:

3.1.3.1. altıncı qrafada “Məhkəmə-Hüquq Şurası Aparatının təminedici şöbəsinin müdir müavini” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının təminedici şöbəsinin müdir müavini” sözləri əlavə edilsin;

3.1.3.2. yeddinci qrafadan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının rəhbəri;” sözləri çıxarılsın;

3.1.3.3. səkkizinci qrafada “Məhkəmə-Hüquq Şurası Aparatının yardımçı şöbəsinin müdiri;” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının yardımçı şöbəsinin müdiri;” sözləri əlavə edilsin;

3.1.3.4. doqquzuncu qrafada “Məhkəmə-Hüquq Şurası Aparatının yardımçı şöbəsinin müdir müavini;” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatının yardımçı şöbəsinin müdir müavini;” sözləri əlavə edilsin;

3.1.4. “Dördüncü təsnifat”da:

3.1.4.1. üçüncü qrafadan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini;” sözləri çıxarılsın;

3.1.4.2. beşinci qrafada “Məhkəmə-Hüquq Şurasının Aparatında sektor müdiri, baş mühasib;” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri, baş mühasib;” sözləri, “Konstitusiya Məhkəməsi sədrinin köməkçisi;” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi;” sözləri əlavə edilsin və həmin qrafadan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatı təminedici şöbəsinin müdiri;” sözləri çıxarılsın;

3.1.4.3. yeddinci qrafada “Məhkəmə-Hüquq Şurası Aparatı rəhbərinin köməkçisi;” sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı rəhbərinin köməkçisi;” sözləri əlavə edilsin;

3.1.4.4. on dördüncü qrafada “Məhkəmə-Hüquq Şurasının Aparatında” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında” sözləri əlavə edilsin;

3.1.5. “Beşinci təsnifat”da:

3.1.5.1. ikinci qrafadan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının təminedici şöbəsinin müdir müavini,” sözləri çıxarılsın;

3.1.5.2. dördüncü qrafadan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının,” sözləri çıxarılsın;

3.1.5.3. on beşinci qrafada “dövlət xidmətlərinin aparatının rəhbəri” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərləri” sözləri əlavə edilsin;

3.1.5.4. on səkkizinci qrafada “dövlət xidmətlərinin aparatı rəhbərinin müavini” sözlərindən sonra “; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərinin rəhbərlərinin müavinləri” sözləri əlavə edilsin;

3.1.6. “Altıncı təsnifat”da:

3.1.6.1. birinci qrafadan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatında sektor müdiri,” sözləri çıxarılsın;

3.1.6.2. onuncu qrafadan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın),” sözləri çıxarılsın;

3.1.7. “Yeddinci təsnifat”da:

3.1.7.1. birinci qrafada “dövlət xidmətlərinin aparatlarında” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində” sözləri əlavə edilsin;

3.1.7.2. üçüncü qrafada “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional bölmələrinin rəhbərləri, mərkəzi” sözləri “Mərkəzi” sözü ilə əvəz edilsin;

3.1.7.3. dördüncü qrafada “dövlət xidmətlərinin aparatlarında” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzlərində” sözləri əlavə edilsin;

3.1.8. “Səkkizinci təsnifat”ın ikinci qrafasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional bölmələrinin rəhbərlərinin müavinləri, mərkəzi” sözləri “Mərkəzi” sözü ilə əvəz edilsin;

3.1.9. “Doqquzuncu təsnifat”da:

3.1.9.1. ikinci qrafadan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional bölmələrinin sektor müdirləri,” sözləri çıxarılsın;

3.1.9.2. altıncı qrafadan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional bölmələrində,” sözləri çıxarılsın;

3.2. Yardımçı vəzifələrin təsnifatları üzrə:

3.2.1. “Birinci təsnifat”da “Məhkəmə-Hüquq Şurasının aparatında” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatında” sözləri əlavə edilsin;

3.2.2. “Üçüncü təsnifat”dan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın),” sözləri çıxarılsın;

3.2.3. “Beşinci təsnifat”da “Tarif (qiymət) Şurasının Katibliyində” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın regional mərkəzlərində” sözləri əlavə edilsin;

3.2.4. “Altıncı təsnifat”dan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional bölmələrində,” sözləri çıxarılsın.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyul 2007-ci il

№ 607

 

 

 

 

 

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag