Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

№ 755 / 07.05.2008 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli 546-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin birinci və dördüncü abzaslarında, 29.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri nəzərdə tutulur.

3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 7 may 2008-ci il

755

 

2009-cu il 22 iyul tarixli 138 nömrəli fərmana əsasən əlavə və dəyişikliklərlə

 

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag